Əsas Səhifə > Güney Press, Üst manşet > Naxçıvan səhiyyəsinin AĞLAMALI GÜNLƏRİ...

Naxçıvan səhiyyəsinin AĞLAMALI GÜNLƏRİ...


12-09-2024, 08:19
Naxçıvan səhiyyəsinin AĞLAMALI GÜNLƏRİ...
"Vasif Talıbov istefa verəndən sonra Naxçıvanda aparılan ilk islahatlardan biri səhiyyə sistemində oldu. Muxtar Respublikanın Perinatal Mərkəzinin baş həkimi dəyişdirildi və Bakıdan Kifayət Məmmədova adlı bir təcrübəli həkim gətirilib onun yerinə qoyuldu..." Dia-az.İnfo xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

Əvvəli BURADA: Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları - İLGİNC FAKT

Jurnalist daha sonra yazının ikinci hissəsini paylaşaraq bildirib: "“Xan” dövründə Naxçıvanda Doğum (Perinatal) Mərkəzinə Kəmalə adlı bir həkim rəhbərlik edirdi. El arasında adına “Qəssab Kəmalə” də deyirdilər. Dolayısıyla, Naxçıvan camaatı Doğum Mərkəzinə qəssabxana kimi baxırdı. Mirzə Cəlilin təbiri ilə desək, hər kəsə və hər şeyə bir ayama qoşan naxçıvanlılar doğum xəstəxanasına “qəssabxana” deməkdə haqsız deyildilər. Bu tibb ocağına doğuşa gələn ana namizədlərinin böyük əksəriyyəti lazım oldu-olmadı cərrahiyyə masasına yatırılır, onların önəmli qismi ya öz canlarını, ya da bətnlərində daşıdıqları uşaqlarını böyük pullar ödədikləri möhtərəm ginekoloq həkimlərə fəda edib Doğum Mərkəzindən çıxırdılar.
Vasif Talıbov istefa verib öz ata evində istirahətə çəkildikdən sonra bir çox sahələr kimi Doğum Mərkəzinin də baş həkimi dəyişdi. Özü də qısa zaman ərzində iki dəfə. Amma görünən budur ki, bu dəyişiklikdən sonra da Doğum Mərkəzi qəssabxana olmaqdan qurtulmadı. Niyə?
Gəlin, bu sualın cavabını bir neçə ay həmin tibb ocağında Baş həkim işləmiş Kifayət Məmmədova xanımın dilindən eşidək.

SƏS YAZISINI dinləmək üçün BURA TIKLAYIN...

Səs yazısı anası Doğum Mərkəzində dünyasını dəyişmiş Naxçıvan sakini tərəfindən qeydə alınıb".

Dia-az.İnfo xəbər verir ki, Heydər Oğzu eyni zzmanada gərəkən qurumlara da müraciətini və həmçinin məsələyə seyrçi qalmaları səbəbindən iradlarını bildirib:

"Bəs, Naxçıvanın hüquq-mühafizə orqanları xəstəxanalarda baş verən bu qanunsuzluqlarla necə mübarizə aparıb?

Yaxın günlərdə onların da fəaliyyəti ilə bağlı təkzibolunmaz dəlillər, o cümlədən video və səs yazılarını paylaşacağam".

Geri qayıt