Əsas Səhifə > Güney Press, Manşet > Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları

Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları


11-09-2024, 16:59
Naxçıvan MR Perinatal Mərkəzinin sabiq baş həkiminin etirafları
"Vasif Talıbov istefa verəndən sonra Naxçıvanda aparılan ilk islahatlardan biri səhiyyə sistemində oldu. Muxtar Respublikanın Perinatal Mərkəzinin baş həkimi dəyişdirildi və Bakıdan Kifayət Məmmədova adlı bir təcrübəli həkim gətirilib onun yerinə qoyuldu..." Dia-az.İnfo xəbər verir ki, bu açıqlama ilə tanınmış jurnalist Heydər Oğuz çıxşş edib.
Jurnalist daha sonra bildirib: "Amma Kifayət həkim yeni vəzifəsində çox işləyə bilmədi. Onun razılığı olmadan aparılan əməliyyatlardan birində Sveta Xudiyeva adlı bir xəstə dünyasını dəyişdi. Yeni Baş həkim də məhz bu hadisədən sonra öz işini davam etdirməyəcəyini bildirib istefa ərizəsi yazdı.
Onun istefa ərizəsi yazmasının digər səbəbi isə təyinatının “canişin”dən əvvəl edilməsi ilə izah olunur. Başqa sözlə, Kifayət həkim “canişin”in kadrı deyildi və bu vəzifəyə mütləq zati-alilərininm özü kimisə təyin etməli idi. Və belə də oldu. Kifayət həkimin istefasından sonra yerinə “canişin” həzrətlərinin xeyir-duası bir başqası gətirildi. Bu da kim olsa yaxşıdır? Ölümlə nəticələnən həmin əməliyyatı aparan Nəzakət Gülməmmədli. Perinatal Mərkəzin baş direktorluğu isə daha “professional” kadra həvalə olundu – Hər daşının altından insan hüquqları fışqıran Vasif Talıbov Naxçıvanına 14 il ombudsmanlıq edən və tibbi təhsili belə olmayan Ülkər Bayramovaya.
Çox geniş şərhə yol vermədən Naxçıvan MR Perinatal Mərkəzinin sabiq Baş həkimi Kifayət Məmmədovanın bu iki şəxs barədə etiraflarını təqdim edirəm. Səs yazısı haqqında danışdığımız mərhum Sveta Xudiyevanın oğlu Cəlil Xudiyevlə Kifayət Məmmədovanın söhbəti əsnasında qeydə alınmışdır..."

Əlaəqdar SƏS YAZISI BURADA: Dinləmək üçün BURA TIKLAYIN...

DAVAMI VAR...

Geri qayıt