Əsas Səhifə > Güney Press > Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb?

Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb?


11-09-2024, 16:49
Ağdaşdakı Bayraq meydanı niyə bayraqsız qalıb?
Ağdaş rayonunda yerləşən Dövlət Bayrağı Meydanında bir neçə aydır ki, bayrağımız dalğalanmır. Baxımsız vəziyyətdə olan meydandakı bu vəziyyət yerli sakinləri də narahat edir.

Əldə etdiyimiz məlumata görə, artıq 4 aya yaxındır ki, meydanda yerləşən bayraq dirəyindən Dövlət Bayrağı çıxarılıb.

Bəs, bu addımın atılmasına səbəb nədir?

Məsələ ilə bağlı Ağdaş rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ki,bayraq meydanında dövlət bayrağının dalğalanmamasının səbəbi bayraq dirəyindəki qaldırıcı kranın nasaz olmasıdır. Hazırda həmin kran təmirdədir və təmir başa çatan kimi dövlət bayrağımız əvvəlki yerinə bərpa olunacaq.

Daha ətraflı videosüjetdə:


Geri qayıt