Əsas Səhifə > Güney Press > "Təhsil strategiyamız düzgün qurulmalıdır"
"Təhsil strategiyamız düzgün qurulmalıdır"11-09-2024, 16:24 |
Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan oyuncaqlarda milli personajlara, demək olar ki, rast gəlinmir. Oyuncaqlar əsasən Qərb ölkələrinə məxsus personajlara məxsusdur. Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin VI çağırışının Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa bildirib ki, ölkələrin təkcə hərbi imperalist yox, həm də mədəni imperalizm maraqları var, bunu da həyata keçirirlər: “ABŞ bir dünya gücü kimi öz dəyərlərini dünyaya transfer etməklə məşğuldur. Bu da müəyyən dərəcədə öz effektini göstərir. Bu həm də texnoloji tərəqqi ilə bağlı məsələdir. Belə ki, inkişaf etməmiş xalqlar məcbur olur ki, onun istehsal etdiyi telefonu istifadə etsinlər, təyyarəsində uçsunlar, hərbi-texnikasından istifadə etsinlər”. O qeyd edib ki, dünyada gedən inkişafdan geri qalmamaq, bunun üçün də oxumaq, yeni dünya düzəninə uyğunlaşmaq lazımdır. "Təəssüf ki, Şərq arealında bunu anlayan cəmiyyətlər demək olar yox səviyyəsindədir. Yaxın Şərqdə olanlar onu göstərir. Ərəb toplumunun içərisində zəkasını istifadə edən çox az sayda təbəqə var. Bunun da nəticəsi məğlubiyyətdir”- Millət vəkili bildirib Fazil Mustafa sözügedən məsələ ilə bağlı dövlət strategiyasının müəyyən olunmasını labüd hesab edir: "Xüsusilə təhsil strategiyamız düzgün qurulmalıdır. Bu strategiya aydın və cəmiyyət tərəfindən aydın və başadüşülən olmalıdır. Təəssüf ki, biz sadəcə günü yola verməklə məşğuluq. Biz elə bilirik ki, gündəlik tədbirləri yola verməklə mədəni səviyyəni inkişaf etdiririk. Mədəni səviyyənin inkişafı, istehsal və digər məsələlər təhsillə bağlıdır. Biz hələ insanları yetişdirmə yollarını düzgün tapa bilməmişik. Bu da çox ciddi narahatlıq doğurur. Biz çalışmalyıq ki, bu mövzu ciddi düşünək. Çox çətinliklərimiz olsa da, hamılıqla çalışmalıyıq ki, bu prosesləri inkişaf etdirə bilək. Hər halda bu kimi məsələlərdə ciddi şəkildə düşünmək, gələcəyimizlə bağlı məsələləri masaya yatırıb müzakirə etmək lazımdır. Nədə geri olduğumuzu qəbul etməli və həlli üçün çalışmalıyıq. Yoxsa oyuncaq istehsal etmək, milli dəyərləri qaldırmaq hələ problemin həlli deyil”. Geri qayıt |