Əsas Səhifə > Güney Press > İrəvan separatçıları geri istəyir:

İrəvan separatçıları geri istəyir:


11-09-2024, 18:56
İrəvan separatçıları geri istəyir:
“Hərbi əsirlərin qaytarılması məsələsinə gəldikdə, hərbi cinayətkarların və separatçı xunta rejiminin nümayəndələrinin azad edilməsi barədə Azərbaycan hər hansı bir öhdəliyə malik deyil”.

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş naziri Nikol Paşinyanın 10 sentyabr tarixində “Yerevan Dialoqu” adlı forumda çıxışına münasibət bildirərkən söyləyib.

A.Hacızadə vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq humanizm prinsiplərinə sadiq olub. Azərbaycan indiyə qədər humanizm prinsipinə sadiq qalaraq hərbi əsirlərin hər birini Ermənistana təhvil verib. Lakin Azərbaycan tərəfindən qaytarıldıqdan sonra hərbi əsirlərin Ermənistan dövləti tərəfindən kütləvi surətdə həbslərə və təqiblərə məruz qalmaları bu dövlətin öz vətəndaşlarına “qayğısı” kontekstində xüsusi təəccüb doğurub”.

Məsələ ilə bağlı politoloq Samir Hümbətov “Cebheinfo.az”-a şərhində bildirib ki, həbs olunan erməni separatçıların azad olunması müzakirə predmenti ola bilməz:

“Hazırda həbsdə olan erməni separatçıları həm Birinci Qarabağ müharibəsi, həm otuz illik işğal dövründə, həm də İkinci Qarabağ müharibəsində ölkəmizə və xalqımıza qarşı cinayətlər törədiblər.

Azərbaycan ərazisində separatçılıqla məşğul olublar. Onlar həm cinayətlərinə, həm də separatçı əməllərinə görə mütləq cəzalandırılmalıdırlar və cəzalandırılacaqlar. Nəzərə almaq lazımdır ki, Azərbaycanın erməni separatçılarını qaytarmaqla bağlı heç bir öhdəliyi yoxdur”.

O ki qaldı İkinci Qarabağ müharibəsində əsir düşən və müharibədən sonrakı dövrdə saxlanılan erməni hərbiçilərinin Ermənistana qaytarılmasına, Azərbaycan hər zaman beynəlxalq humanizm prinsiplərinə sadiq qalıb:

“Əsirlər qaytarandan sonra Ermənistanda onlara qarşı cinayət işi açıldı, onlar təqib olundu, hətta bəziləri ölkəsin tərk etmək məcburiyyətində qaldılar. Azərbaycanda erməni hərbçiləri həbsdə olarkən onlara qarşı heç bir təzyiq göstərilməyib. Yenə qeyd edirəm ki, separatçıların qaytarılması müzakirə predmenti ola bilməz”.

Geri qayıt