Əsas Səhifə > Güney Press, Ana xəbərlər > BU NƏDİ BELƏ: Toyuq ətinin qiymətində ciddi artım...

BU NƏDİ BELƏ: Toyuq ətinin qiymətində ciddi artım...


11-09-2024, 15:07
BU NƏDİ BELƏ: Toyuq ətinin qiymətində ciddi artım...
“Son günlər ölkədə toyuq məhsullarının qiymətində artım müşahidə olunur. Bahalaşmanın əsas səbəbi əhali arasında toyuq ətinə tələbatın artmasıdır. Buna isə mal və qoyun ətinin bahalaşması səbəb olub. İndi qoyun əti 20 manat, mal əti 18-19 manatdır. Ona görə camaat toyuq ətinə üstünlük verir”.

Bunu Bakupost.az -a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, tələbat artanda qiymət artımı da qaçılmazdır:
“Qeyd edim ki, kənddə, fərdi təsərrüfatlarda yetişdirilən toyuqların açıq şəkildə satışına müəyyən qadağalar var. Bu da qiymətlərə təsir edə bilər. Digər məsələ isə getdikcə broyler toyuqlarına insanların tələbatının artmasıdır. Broyler fabriklərində yetişdirilən toyuqlar üçün olan yemlərin qiyməti də bahalaşıb. Yem qiymətlərindəki artım toyuq ətinin bahalaşmasına səbəb olur. Burada əsas məsələ buğda və arpanın dünya bazarında və Azərbaycanda qiymətinin artmasıdır. Çünki heyvandarlığın yem bazasını buğda və arpa təşkil edir".
E.Hüseynov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən böyük broylerlərdən biri fəaliyyətini dayandırıb. Bu da bazara təsir edir:
"Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bunun üçün müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn mallara üstünlük verilməməsidir. Yerli istehsal stimullaşdırılmalı və artırılmalıdır. Əks halda quşçuluq məhsullarının istehsalı ilə məşğul olan bir qrup insan öz aralarında sövdələşib bazarda hegemonluq edəcəklər, bu da bahalaşmaya gətirib çıxaracaq".

Geri qayıt