Əsas Səhifə > Güney Press > ƏMƏK münasibətlərində İDDİA müddətləri...

ƏMƏK münasibətlərində İDDİA müddətləri...


11-09-2024, 12:49
ƏMƏK münasibətlərində İDDİA müddətləri...
Əslində: Azərbaycan Respublikasının Əmək Məcəlləsində iddia müddətləri kifayət qədər dəqiq və konkret olaraq göstərilib. Lakin, bu müddətlərin tədbiqi ilə əlaqədar praktikada bir çox hallarda: həm İşəgötürənlər, həm İşçilər, həm də mütəxəssislər və ya hakimlər tərəfindən mübahisələr yaranır. Bu mövzuda mən: işçilərin maarifləndirməsi üçün əmək münasibətlərində olan iddia müddətləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan müddətləri və tədbiqi ilə əlaqədar fikirlərimi bölüşdürmıyı çalışacam:
1. İlk olaraq o faktı bildirmək istəyirəm ki, hər bir işçinin bilməsi olan əsas vacib şərt ondan ibarətdir ki, hətta, işçinin əmək hüququnun pozulması açıq - aşkar olarsa və məhkəmə qərarı ilə iddia tələblərinin bərpa olunma şansı yüksək olunma ehtimalı çox olsa belə, İddia müddətinin buraxılması - işçinin iddia ərizəsinin bu səbəbdən - təmin olunmaması ilə nəticələnəcək.
2. İkinci vacib şərt ondan ibarətdir ki, bir çox işçilər yanlış olaraq belə düşünürlər ki, dövlət və digər orqanlarına və ya vəzifəli şəxslərə yazılı olaraq ərizə ilə müraciət etdikdə və ya qərar aldıqda, bu dövr üçün iddia müddəti üzrlü səbəbdən buraxılmış olmur.
3. Əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidmətinə, əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən - Həmkarlar İttifaqı Təşkilatlarına, Ombudsmana, dövlət orqanlarına və ya vəzifəli şəxslərə. Nəticədə isə işçilər və ya iddiaçılar, iddia müddətlərini buraxmış olur, bu da sonda iddia tələblərinin təmin olunmaması ilə nəticələnir.
4. Məhkəməyə müraciət etmək istəyən və ya iddiaçı qismində iştirak etmək istəyən hərbir işçi bilməlidir ki, AR-nın Əmək Məcəlləsi və digər qanunvericiliklə müəyyən olunan iddia müddətləri 3 halda artırıla və ya dayandırıla bilər:
4.1. İşəgötürənlə - Əmək kollektivi arasında bağlanmış müqavilələrdə nəzərdə tutulmuş hallarda: müəssisələrdə həmkarlar ittifaqları təşkilatlarının nəzdində fərdi əmək mübahisələrinə - məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutulduqda və İşçi - hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı müddətində, bu qurumun nəzdində yaradılmış: "Fərdi əmək mübahisələrinə" baxan komissiyaya müraciət etdikdə.
Çox təəssüf ki, Əmək Məcəlləsində nəzərdə tutulmasına baxmayaraq praktikada idarə və müəssisələrdə: həmkarlar ittifaqı təşkilatının nəzdində - fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olan "Fərdi əmək mübahisələrinə" baxan komissiya: ya yaradılmır, yaradılsa da bu quruma müraciət edən olmur. İnamsızlıq və ya digər səbəbdən
4.2. Mediasiya prosesinin tətbiqi-Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada bu qurumda baxılan və qərar qəbul olunan günə qədər iddia müddətinin axımı dayandırılır.
4.3. İddia müddətləri üzürlü səbəblərdən – iddiaçının, yaxın qohumlarının xəstələnməsi, işçinin: ezamiyyətdə və ya yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın və ya ailə üzvlərinin, qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən - ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan, buraxılmış müddəti bərpa edərək əmək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
İşçinin (iddiaçının) «yaxın qohumu» dedikdə: işçinin atası, anası, babası, nənəsi, əri arvadı, uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları və sair başa düşülür. İşçinin yaxın qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötməsi və ya digər üzrlü hesab oluna bilən səbəblər
- fərdi əmək mübahisəsinə baxan Hakim tərəfindən üzürlü hal hesab edə bilər.
5. İşçi: yuxarıda göstərilən hallardan başqa, qalan hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün - hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən -1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
6. İşçinin hüquqlarının pozulmasının aşkar edildiyi gün işçiyə: müvafiq əmrin, qərarın sərəncamın, əmək kitabçasının, haqq-hesab sənədlərinin(əmək kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, eyni zamanda əmək müqaviləsinin Əmək Məcəlləsində nəzərdə tutulmuş şərtlərinin - işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə- bilə qəsdən pozulduğu gündür.
7.Pul və digər əmlak tələbləri üzrə, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüquqlarının pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
8.İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
9. İşəgötürən: Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı - iddia ərizəsi ilə məhkəməyə, hüquq və qanuni mənafelərinin pozulduğu gündən-1 təqvim ayı ərzində,ona maddi ziyan vurulması məsələləri ilə bağlıisə ziyanın vurulmasını aşkar etdiyi gündən - 1 il müddətində müraciət edə bilər.
10. Yekun olaraq bir daha təkrar olaraq bildirirmək istəyirəm ki, iddia müddətlərinin üzrsüz səbəbdən buraxılması ilə nəticələnən məhkəməyə müraciətiniz, hər bir halda sizin artıq fərdi əmək mübahisəsini uduzmağınız və bu barədə artıq Məhkəmə qərarının qəbul edilməsi deməkdir, iddia tələbləriniz qanuni və əsaslı olsa belə.

Müəllif: Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - Dia-az.İnfo

Geri qayıt