Əsas Səhifə > Güney Press > ATU-nun rektoru kanadalı nazir müavini ilə görüşüb

ATU-nun rektoru kanadalı nazir müavini ilə görüşüb


11-09-2024, 10:57
ATU-nun rektoru kanadalı nazir müavini ilə görüşüb
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli ilə
Kanadanın Ontario əyalətinin Psixi sağlamlıq və asılılıq problemləri üzrə nazir
müavini Honourable Michael Tibollo arasında görüş keçirilib.
Kanadalı nazir müavini Azərbaycana gəlişindən məmnunluğunu bildirib. O öz
ölkəsində insanların mental sağlamlığının qorunması istiqamətində görülən
işlərdən, psixoloji mərkəzlərin fəaliyyətindən, bullinglə üzləşmiş məktəblilərə
mənəvi dəstəkdən və psixoloji yardımın növlərindən danışıb. Qonaq bu sahədə
beynəlxalq əməkdaşlığın və qabaqcıl təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.
Professor G.Gəraybəyli qonağa Azərbaycanda son illərdə psixiatriya və
psixologiya sahəsində görülən işlər, əldə edilmiş uğurlar, bu istiqamətdə müxtəlif
beynəlxalq qurumlarla əməkdaşlıqlar və birgə keçirilən layihələr haqda məlumat
verib. Qeyd olunub ki, ölkəmizdə əhalinin sağlamlığının qorunması məqsədilə
mütəmadi işlər görülür və dövlət tərəfindən müvafiq qanunlar qəbul edilir. Rektor
ATU-dakı təhsil sistemi, psixiatriya və psixologiya üzrə səriştəli kadrların
hazırlanması haqqında danışıb.
Eyni zamanda Azərbaycanın baş psixiatrı olan professor G.Gəraybəyli, ölkəmizdə
bu sahənin daha da müasirləşməsinin hədəfdə olduğunu nəzərə çatdırıb.
Daha sonra gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub və müxtəlif
məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev,
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova, eləcə də Diasporla İş üzrə
Dövlət Komitəsinin III ərazi şöbəsinin mütəxəssisi Fidan Rüstəmzadə iştirak
edirdilər.

Dia-az.İnfo

Geri qayıt