Əsas Səhifə > Güney Press, Üst manşet > Qusar sakini Prezidentdən KÖMƏK İSTƏDİ
Qusar sakini Prezidentdən KÖMƏK İSTƏDİ11-09-2024, 08:29 |
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, üç övlad atası, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Dia-az.İnfo-ya daxil olan müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Sizin siyasi və iqtisadi kursunuzu bəyənərək, daima dəstəkləməyə hazırıq. Qusar rayonun Samur qəsəbəsi ərazisində mülkiyyətimdə 2 hektar və 0, 94 hektar, cəmi 2, 94 hektar torpaq sahəm mövcuddur. Həmin 2 hektar torpaq sahəyə mülkiyyət hüququm JN :0264 KOD 30102018 saylı, 18 iyul 2003-cü il tarixli, 0, 94 hektar torpaq sahəyə isə, mülkiyyət hüququm JN: 004, KOD 3010218 saylı, 03 may 2006-cı il tarixli Torpağa Mülkiyyət Hüququna Dair Dövlət Aktı ilə rəsmləşdirilmişdir.. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli sərəncamı ilə təsdiq edilmiş « Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası «-nın Tədbirlər Planında « Hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələnməsi və təkmilləşdirilməsi « tədbirləri çərçivəsində « Şimal, cənub, qərb istiqamətləri əsas olmaqla, ən azı üç quru dövlət sərhəddindən turizm baxımından müasir tələblərə buraxılış məntəqələrinin infrastrukturunun- uyğunlaşması « prioritet istiqamət kimi əsas götürülmüşdür. Yuxarıda qeyd edilmiş tədbirlərin aparılması məqsədilə uzun müddət mülkiyyətimdə olan 2, 94 hektar torpaq sahənin Dövlət ehtiyacları üçün satın alınması zərurəti yaranmış və bu haqda mənə rəsmi bildiriş göndərilmişdir. Aidiyyatı Dövlət organların vəzifəli şəxsləri 10 sentyabr 2024-cü il tarixdə Qusar rayonun Samur qəsəbəsinə gəlib vətəndaşların əmlaklarını qiymətləndirsə də, həmin vəzifəli şəxslər Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında Azərbaycan Respublikası prezidentinin 20 aprel 2010-cu il tarixli, 987 İİİQ nömrəli Qanunun 80.1-ci maddəsinin tələblərini bilərəkdən, vəzifə səlahiyyətlərindən sui istifadə etmələ, kobudca pozmaqla, mülkiyyətimdə olan 2, 94 hektar torpaq sahənin dövlət ehtiyacları üçün satın alınmasında maneələr yaratmaqla, qanunsuzluqlara və süründürməçilik hallarına yol verməklə, Dövlət tərəfindən aparılan layihələrin həyata keçirilməsinə maneçilik törətmiş, Xaçmaz 5 saylı Ərazi İdarəsi rəhbərliyi naməlum səbəblərdən, hər zaman mənim qanunla qorunan Konstitusiya hüquqlarınını pozmuşdur.. Hörmətli cənab prezident! Bir vətəndaş, Qusar şəhər sakini, ziyalı, təqaüdçü, üç övlad atası, torpaq mülkiyyətçisi kimi mülkiyyətimdəki 2, 94 hektar torpaq sahənin dövlət ehtiyacları üçün alınmasına100 faiz razılıq versəm də, dərk edə bilmirəm ki, Xaçmaz 5 saylı Ərazi İdarəsi rəhbərliyinin, əmlakın qiymətləndirilməsinə vəkil edilmiş Anar adlı vəzifəli şəxsin bu işdə şəxsi marağı nədir və hansı səbəbə görə mülkiyyətimdə olan 2, 94 hektar torpaq sahəsinin bazar qiymətini müəyyənləşdirmirlər ? Hörmətli cənab prezident ! Şəxsi maraqlarını Dövlət maraqlarından üstün tutan, Azərbaycan Respublikası prezidentinin 20 aprel 2010-cu il tarixli, 987 İİİQ saylı, Torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Qanunun 80.1-ci maddəsi, Azərbaycan Respublikası Prezdentinin 22 iyul 2022-ci il tarixli, 3378 saylı sərəncamın tələblərini bilərəkdə kobudca pozan, Xaçmaz 5 saylı Ərazi İdarəsinin rəhbərliyi, əmlakların satın alınmasına vəkil edilmiş məsul Anar adlı vəzifəli şəxs barədə Azərbaycan Respublikasının qanunvericilik tələblərinə əsaslanmaqla qanunauyğun tədbir görülməsi və mənə köməklik edilməsi üçün aidiyyatı üzrə sərəncam verməyinizi xahiş edirəm..." Geri qayıt |