Əsas Səhifə > Güney Press > Paşinyan sülhdən "dəm vurur"
Paşinyan sülhdən "dəm vurur"10-09-2024, 16:40 |
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan "Yerevan Dialogue" beynəlxalq forumundakı çıxışı zamanı bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsində 13 maddə və ön söz tam razılaşdırılıb. Paşinyan sülh müqaviləsində Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulması nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bəs yaxın zamanda sülh müqaviləsinin imzalanması gözləniləndir? Nikol Paşinyanın açıqlaması hansı proseslərdən xəbər verir? Mövzunu Sonxeber.az-a şərh edən politoloq Kazım Kazımov bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi bağlanacağı təqdirdə diplomatik münasibətlər qurula bilər. Lakin bu çox da yaxın zamanda gözlənilmir: "Azərbaycan tərəfi sülhün tez bir vaxtda təmin edilməsini istəsə də, Ermənistan tərəfi üzərinə düşən öhdəliyi yerinə yetirmir. Razılaşdırılmayan 3 maddədən biri Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır. Ermənistan konstitusiyasında Azərbaycana qarşı torpaq iddiaları var. Belə olan təqdirdə Ermənistan tərəfi bu məsələni 2027-ci ildə referenduma çıxarıb dəyişdirmək istəyir. Sülh müqaviləsi bağlandıqdan sonra diplomatik münasibətlər qurulmalıdır. Diplomatik münasibətlərin müqaviləyə salınması Azərbaycanın xoş niyyətindən xəbər verir". Politoloqun sözlərinə görə, digər iki maddə isə ərazilərin delimitasiyası və işğaldan azad olunmuş ərazilərə ediləcək kompensasiya ilə bağlıdır: "Ermənistan bizə qarşı 30 ildən artıq etnik düşmənçilik həyata keçirib və torpaqlarımızı işğal edib. 1 milyondan çox vətəndaşımız qaçqın vəziyyətinə düşdü. Azərbaycan qələbəsindən sonra Ermənistana tərəfdaşlıq təklif etmişdir. Azərbaycan çox yaxşı bilir ki, bölgədə sülh olarsa, diplomatik münasibətlər qurularsa, regionda vəziyyət dəyişər. Əfsuslar olsun ki, Ermənistan hökuməti və cəmiyyətinin böyük bir hissəsi Azərbaycanın bu xoş niyyətini başa düşməyib". Geri qayıt |