Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi

Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi


10-09-2024, 15:58
Zəngəzur dəhlizinə qarşı çıxan Sübhani İranda tənqid edildi
İranın Ermənistandakı səfiri öz vəzifəsində heç olmasa diplomatik etikaya riayət etməlidir. Sosial şəbəkələrdə ona aid edilən açıqlamalar doğrudursa, diplomata xəbərdarlıq edilməlidir.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş millət vəkili Məhəmməd Abbaszadə Meşkini deyib.

O, səfiri diplomatik etikaya əməl etməyə çağırıb:

“Sən İranın Ermənistandakı səfirisən, Ermənistanda Tehran üçün problemlər yaradan səfir deyilsən!"

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sübhani Tehranın üçüncü ölkələrin nümayəndələrinin Zəngəzurda kommunikasiyalara nəzarət etməsinin əleyhinə olduğunu demişdi.

Geri qayıt