Əsas Səhifə > Güney Press > Anasının amansızlıqla döydüyü 7 yaşlı uşaq indi haradadır?
Anasının amansızlıqla döydüyü 7 yaşlı uşaq indi haradadır?10-09-2024, 13:33 |
"Anası tərəfindən döyülən 7 yaşlı uşaq hazırda reanimasiyadadır”. Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyininn sədri Kəmalə Ağazadə Xudatda anası tərəfindən döyülən 7 yaşlı uşaqla bağlı danışarkən deyib. Sədr ananın psixoloji xəstə olduğunu vurğulayıb: "Hazırda müzakirələr gedir, ola bilər ki, uşaq bizim sığınacağa yerləşdirilsin. Ana polis tərəfindən saxlanılıb". Kəmalə Ağazadə deyib ki, hazırda bununla bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparır. Xatırladaq ki, hadisə sentyabrın 9-da Xudatda baş verib. 7 yaşlı uşaq öz anası tərəfindən amansızcasına döyülüb. Geri qayıt |