Əsas Səhifə > Güney Press > Sakinlər Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verdi
Sakinlər Suraxanı rayon İcra Hakimiyyətini məhkəməyə verdi10-09-2024, 13:08 |
Suraxanı rayon sakinləri torpaq mübahisəsi səbəbindən rayon icra hakimiyyəti ilə problem yaşayırlar. Bu səbəbdən bir neçə rayon sakini icra hakimiyyətini məhkəməyə verib. İcra hakimiyyəti ilə bağlı məhkəmədə iddianı rayon sakini Orucova Sevda Rəfi qızı və Quliyev Mirzə Pirverdi oğlu qaldırıb. Hər iki işin mahiyyəti inzibati orqanın aktları və hərəkətləri ilə əlaqədar mübahisədir. Sakinlər icra hakimiyyəti ilə torpaq münasibətləri səbəbindən problem yaşayır. Hər iki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 10 oktyabr tarixinə təyin edilən prosesin birinə hakim Kamran Əkbərov, digərinə isə hakim Cahangir Yusifov sədrlik edəcək. Tribunainfo.az Geri qayıt |