Əsas Səhifə > Güney Press, Üst manşet > Hirkan meşəsində AĞAC QATİLLƏRİ...
Hirkan meşəsində AĞAC QATİLLƏRİ...10-09-2024, 09:32 |
"Daha bir UNESCO təbii irsinə daxil edilmiş Hirkan meşəsi məhv edilir..." Dia-az.İnfo xəbər verir ki, bu barədə yerli sakinlər həyəcan təbili çalırlar. Məlumatda deyilir ki, Astaranın Ojakəran kəndi ətrafındakı təxminən 2 hektar ərazi feyxoa bağı salınması məqsədilə bir sahibkar tərəfindən dağıdılır. Qeyd edək ötən il də anoloji hadisələr yaşanmışdı. Lakin ictimai nəzarət səbəbindən MEŞƏ QATİLLƏRİ durmaq zorunda qalmışdı. Dia-az.İnfo xəbər verir ki, ancaq aydın olur ki, AĞACQIRMA prosesinə bir müddət əvvəl yenidən başlayıblar. Fotoda da görünən nadir, qiymətli (əsasən palıd ağaclarıdır) ağacların budaqlarını kəsirlər ki, feyxoa bağına gün düşsün və inkişaf etsin. Ağacları deşib içinə kimyəvi maddələr tökən, qabığını soyan bu barbarlar haqqında hələ də bir tədbir görülməyib... Geri qayıt |