Əsas Səhifə > Güney Press, Üst manşet > Bir ətək pul veririk... verdikləri internetə bax...

Bir ətək pul veririk... verdikləri internetə bax...


10-09-2024, 08:34
Bir ətək pul veririk... verdikləri internetə bax...
Ən ucuz internet Azərbaycandadır, - deyib anlamsız və əsassız statistika ilə cəmiyyətin gözünə kül üfürməklə məşğul olan ölkəmizin rabitəçiləri indi də sözün əsl mənasında pul qazanmaqla məşğuldurlar, desək, yanılmarıq. Hər halda son günlər müşahidə olunan abunəçi gileylərinin yüksələn xətt üzrə say artımı və eyni zamanda çeşidliliyi belə deməyə məsas yaradır. Biz isə Dia-az.İnfo olaraq növbəti belə vətəndaş etirazını diqqətinizə təqdim edirik...

Bir ətək pul veririk... verdikləri internetə bax...

Təyani Valehzadə adlı sosoal şəbəkə istfiadəçisi "Müştəriyəm Şikayətim Var" qrupundakı paylaşımında belə gileylənir:

"Şikayətim "Aztelekom" MMC şirkətindəndir. 28 manat pul vurmuşam. 100 mqbits sürət yerinə, verdiyi sürət 21.83-dü...

Biz bunları hara şikayət edə bilərik?"

Geri qayıt