Əsas Səhifə > Güney Press > "Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"

"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"


9-09-2024, 18:04
"Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli şair Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.

"Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür". Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Görkəmli şairin oğlu Arzu Babayev “Şərq”ə açıqlamasında onun üçün çox sevincli bir gün olduğunu dedi:

- Allah-təala cənab Prezidentə uzun ömür versin. Onu Azərbacanımızın üzərindən əskik etməsin. Cənab Prezidentin imzaladığı sərəncam Azərbaycan ədəbiyyatına, Azərbaycan şair və yazıçılarına, sənət adamlarına verdiyi böyük dəyərin göstəricisidir. Ailəmiz adından cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Çox şükür ki qalib Azərbaycanın belə bir müzəffər Prezidenti, Ali Baş Komandanı var. Çox şükür ki Azərbaycannın sənəti sevən və sənət adamlarına dəyər verən prezidenti var. Cənab Prezident də, ölkəmizin birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanm Əliyeva da sənətkarlara, şair və yazıçılara daim yüksək qiymət verir, diqqət də qayğı ilə əhatələyirlər. Bu sərəncam da həmin diqqət və qayğının daha bir təzühürüdür. Allah onlara can sağlığı versin, daim var eləsin. İnanıram ki, ədəbiyyatımızın görkəmli nümayəndəsi olan Nəbi Xəzrinin 100 illik yubileyi təntənəli şəkildə keçiriləcək.

Geri qayıt