Əsas Səhifə > Güney Press > Paşinyan və Mirzoyanın açıqladığı rəqəmlər niyə fərqlidir?
Paşinyan və Mirzoyanın açıqladığı rəqəmlər niyə fərqlidir?9-09-2024, 17:34 |
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar. Baş nazir Nikol Paşinyan isə avqustun 31-də sülh sazişinin 17 bəndindən 14-nün razılaşdırıldığını bildirmişdi. Rəqəmlərdə fərqlilik var. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Ermənistan rəsmilərinin iki müxtəlif rəqəm açıqlaması suallar yaradır: “Bəndin biri hara gedib? Ya Paşinyan özündən bir bənd artırıb, ya da onun naziri sazişdən bir bəndi çıxıb. Real rəqəmi Azərbaycan Xarici İşlər Nazirliyi açıqlaya bilər. Hər halda razılaşdırılmayan əsas bənd Konstitusiya dəyişikliyi ilə bağlıdır”. Geri qayıt |