Əsas Səhifə > Güney Press / Ana xəbər > Türkiyənin baş naziri Bakıdan kimlərlə bağlı tədbirin görülməsini istəyəcək

Türkiyənin baş naziri Bakıdan kimlərlə bağlı tədbirin görülməsini istəyəcək


3-04-2014, 12:44
Türkiyənin baş naziri Bakıdan kimlərlə bağlı tədbirin görülməsini istəyəcək
Aprelin 4-də Türkiyənin hökumət başçısı ilə nələr müzakirə olunacaq?

Aprelin 4-də Türkiyənin baş naziri Receb Tayyip Erdogan Azərbaycana səfərə gələcək. Bu haqda Türkiyə Baş Nazirliyinin rəsmi saytı məlumat yayıb. Səfərdən əvvəl Erdoğan mətbuat konfransı keçirəcək. Aldığımız məlumatlara əsasən Ərdoğanın Bakı səfəri kifayət qədər səs-küylü olacaq. Türkiyənin baş naziri 30 mart seçkilərindən sonra qalib kimi Bakıya gələrək Azərbaycan hakimiyyəti ilə nurçuların birmənalı olaraq sıradan çıxarılması prossesinə start verəcək. Ərdoğanın Bakıdan təveqqesi olaraq nurçuların bütün şəbəkəsinin çökdürülməsini istəməsi gözləniləndir. Türkiyədəki miənbələrdən daxil olan informasiyalara əsasən Ərdoğan Bakıya tək gəlməyəcək. Onunla yanaşı Bakıya Türkiyənin baş prokroru Hesen Erbilin də gələcəyi deyilir. Xatırladaq ki, Ərdoğan martın 30-da Türkiyədə seçkilər axşamı etdiyi çıxışında Türkiyə Cumhuriyyət Prokurorluğuna müraciət edəcəyini və ölkədən qaçmaq istəyən nurçuların barəsində tədbirlər görülməsini istəyib. GUNDEMİNFO.AZ xəbər verir ki, Türkiyədəki xüsusi kəşfiyyat orqanları təkcə öz ölkələrində deyil, həmçinin də bir sıra dövlətlərdəki nurçularla bağlı olaraq tədbirlər görmək üçün böyük bir dosye hazırlayıb. Türkiyə kəşfiyyatının hazırladığı dosyedə həmçinin də Azərbaycandakı nurçularla bağlı da isimlərin olduğu bildirilir.

Geri qayıt