Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin”

“Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin”


9-09-2024, 19:10
“Rusiya Azərbaycana yalvarır ki, kömək eləsin”
“Kopırkin (Rusiyanın Ermənistandakı səfiri) deyib ki, Rusiyanın Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı vasitəçi” rolundan heç vaxt imtina etməyib. Əgər “vicdanlı” sözünü deyirlərsə, bu o deməkdir ki, indiyə qədər vicdanlı olmadıqlarını etiraf edirlər”. JAMAZ.İNFO xəbər verir ki, bunu politoloq Hayk Sukiasyan deyib.

O vurğulayıb ki, bu gün Azərbaycanla danışıqlarda Ermənistana vasitəçi lazım deyil. “Sadəcə, baş nazirin bəyanatından sonra onlar da anladılar ki, Ermənistan problemlərin həlli istiqamətində addımlar atır. Bunu təkbaşına edə bilər”.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərində vasitəçi rolunu öz üzərinə götürərsə, nə baş verə biləcəyinio yaxşı bilir. “Ona görə də indi başa düşmək lazımdır ki, Rusiya tərəfinin yeganə istəyi münaqişəni qızışdırmaqdır”.

Sukiasiyan Rusiyanı qapı-qaöı düşərək, ölkələrə yalvardığını iddia edib. “Bu gün Rusiya qapı-qapı düşərək, Azərbaycana, İrana yalvarır. Onlardan kömək istəyir. Azərbaycana deyir ki, Qafqazda qalmaqda onlara kömək göstər. İranı da oradan qızışdırır ki, bəs, sərhəddə dayanan Aİ müşahidəçiləri sənə qarşı fəaliyyət göstərirlər. Çalışır ortalığı qarışdırsın. Rusiyanın şansı yoxdur, yarı ölü dövlətdir”.

Geri qayıt