Əsas Səhifə > Güney Press, Ana xəbərlər > “Ziraat Bank Azərbaycan”da daha bir təyinat olub
“Ziraat Bank Azərbaycan”da daha bir təyinat olub9-09-2024, 15:50 |
“Ziraat Bank Azərbaycan” ASC-də yeni Maliyyə direktoru təyin edilib. Banker.az xəbər verir ki, bu, Elşən Məmmədovdur. O, bu vəzifədə Elmir Həsənlini əvəz edib. O, 2023-cü ilin martından 2024-cü ilin avqustuna qədər “Çinar Park” biznes mərkəzinin maliyyə direktoru kimi çalışırdı. Buna qədər isə E.Məmmədov 14 ildən çox Türkiyə kapitallı “Yapı Kredi Bank Azərbaycan” QSC-də çalışıb. Elşən Məmmədov, bu bankda Maliyyə Hesabatları və İş Təkmilləşdirilməsi departamentinin müdir müavini olub. Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65.5 milyon manatdır. Bankın səhmlərinin 99.98 %-i Türkiyənin “Ziraat Bank”ına, 0.01 %-i “Zıraat Teknolojı” şirkətinə, 0.01 %-i isə “Ziraat Yatırım Menkul Değerler” şirkətinə məxsusdur Geri qayıt |