Əsas Səhifə > Güney Press > Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar

Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar


9-09-2024, 15:45
Separatçıların qaçırılma planı: Hələ qatarın arxasınca çox boylanacaqlar
Noyabr ayında Bakıda keçiriləcək COP-29 tədbiri ərəfəsində ermənilər həbsdə olan separatçıların “qaçırılması ssenarisi” üzərində müzakirələr aparır. Söhbət azad edilməkdən yox, məhz “qaçırılmaqdan” gedir, çünki hədəf rəsmi Bakıya beynəlxalq təzyiqi gücləndirmək, nəticədə separatçıları sərbəst buraxmasına məcbur etməkdir. COP-29 tədbiri ərəfəsində Bakıya təzyiq edilməsi məsələsi Ermənistanda son dövrlər intensiv şəkildə gündəmə gətirilir. Xankəndidən İrəvana qaçan separatçılardan biri Artak Beqlaryan da bu haqda təkliflərlə çıxış edib. O bildirir ki, Azərbaycan separatçıları həbsdən azad etməyəcək, buna görə lazım olan hər şey edilməli, hətta “qaçırılma planı” da hazırlanmalıdır. Separatçı “qaçırılma planı” olaraq beynəlxalq təzyiqi nəzərdə tutur. O bildirib ki, Azərbaycan beynəlxalq təzyiqdən praktiki olaraq yayına bilməyəcək. Biz 8 nəfərlik “rəhbərliyin” (separatçılar - red.), eləcə də digərlərinin sərbəst buraxılması üçün hər şey etməliyik. Bunun üçün iki variant var. Birincisi, beynəlxalq təzyiqdir, ikincisi Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasıdır. COP-29-a qədər Ermənistanın həm beynəlxalq təzyiqi gücləndirmək, həm də beynəlxalq ictimaiyyətin diqqətini insan haqlarının pozulmasına yönəltmək imkanları var. Diaspordakı soydaşlarımız beynəlxalq təzyiqi artırmalı, həmçinin, hökumətlərə təsir etmək üçün informasiya kampaniyası aparmalı, müxtəlif təşkilatların diqqətini bu mövzuya yönəltməlidir.

Politoloq Natiq Miri “Sherg.az”a vurğulayıb ki, sözügedən məsələ ilə bağlı artıq konkret fəaliyyətlər mövcuddur:

"Bu fəaliyyət planını hazırlayan kriminal erməni maliyyəsi ilə çalışan, guya Qarabağdakı ermənilərin etnik təmizləməsi ilə bağlı beynəlxalq ictimai rəyi çaşdıran, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Morena Okampodur. Okampo bu ideya ətrafında bütün erməni lobbisini, Qarabağ separatçılarını və Ermənistandakı bütün erməniləri birləşdirmək istəyir. Həmçinin belə bir güclə Qərb dünyasındakı lobbinin Qərb ölkələrinə təsiri ilə təzyiqləri artırmağa çalışırlar. Həmin ideya fonunda Ermənistanda fəaliyyət göstərən keçmiş Qarabağ separatçılarının konkret fəaliyyətini müşahidə edirik. Onlar beynəlxalq ictimai rəy formalaşdırmağla diqqəti məhz bu məsələyə yönəltmək istəyirlər. Amma Bakını iddiham etmək üçün konkret hüquqi əsaslar olmalıdır. Azərbaycanda həbsdə saxlanılan şəxslərin faktiki cinayət işi ilə əlaqədar prosesin yanlış olduğunu kim əsaslandıra bilər? Ortada separatizm və onun quldur başçıları var. Separatizm isə cinayət tərkibli əməldir. Bu cinayət əməli nəticəsində minlərlə azərbaycanlı qətlə yetirilib və işgəncələrə məruz qalıb. Eyni zamanda 1000000-a yaxın insan öz yurd-yuvasından 30 il kənarda yaşamağa məcbur olunub. Həmin insanların yurdu və istehsal müəssisələri darmadağın edilib. Sözügedən cinayətləri törədən şəxslər də bu gün həbsdədir. Həmin şəxslərin cinayətkar olmadığını iddia etmək üçün hüquqi dəlillər lazımdır. Ona görə də kiminsə çıxıb Azərbaycana qarşı təzyiq etməklə işlərin bitdiyini düşünənlər axmaqdırlar”.

Ekspert qeyd edib ki, belə fikirlər və ideyalar tez-tez səsləndiriləcək:
“Onlar COP29 tədbirinə qədər hürüməyə davam edəcəklər. Ancaq ideyalarını yerinə yetirə bilməyəcəklər. Çünki bunun üçün hansısa hüquqi əsas yoxdur. Okamponun prokuror olmasına baxmayaraq, onun danışdıqları boşdur. Bir neçə saat ərzində erməniləri bir araya toplayan isə keçmiş separatçı rejimin sonuncu lideri Şahramanyandır. Onlar insanlar bütün meydanlara toplamaqla Xankəndini tərk etməyə məcbur ediblər. Hətta bəzi insanlar evə belə qayıtmadan birbaşa meydandan gediblər. Çünki həmin insanlar faktiki olaraq aldadıldı. Onlara insanlara vədlər verilmişdi ki, guya belə total köçürmədən sonra Azərbaycanı etnik təmizləmədə ittiham edəcəklər. Belə olan halda Ermənistan və seperatçıların mövqeyi güclənəcəkdi və daha sonra güclü şəkildə Qarabağa qayıdacaqdılar. Amma proses baş tutmadı, yəni qatar çoxdan gedib. Həmin insanlar da qatarın arxasınca boylanırlar. Düşünürəm ki, hələ qatarın arxasınca çox boylanacaqlar".

Geri qayıt