Əsas Səhifə > Güney Press > Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb
Azərbaycanda cəmi 2 rayonda yeni iş yeri açılmayıb9-09-2024, 13:04 |
Bu ilin ilk yarısında Azərbaycanda 45 min 409 yeni iş yeri açılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni iş yerlərinin 79,4%-i və ya 36 min 58-i paytaxt Bakının payına düşüb. Qeyd edək ki, bu ilin ilk yarısında cəmi 2 rayonda – Culfa və Ordubad rayonlarında yeni iş yeri açılmayıb. Şahbuz rayonunda isə 1 yeni iş yeri açılıb. Onu da bildirək ki, Bakıdan sonra ən çox yeni iş yerinin açıldığı 5 şəhər və rayon aşağıdakılar olub: Abşeron rayonu – 1 163 Sumqayıt şəhəri – 974 Gəncə şəhəri – 674 Naxçıvan şəhəri – 660 Şirvan şəhəri – 553 Geri qayıt |