Əsas Səhifə > Güney Press > Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb
Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb9-09-2024, 10:44 |
|
Sentyabrın 7-də və 8-də ölkə ərazisində qeydə alınan 96, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Dia-az.İnfo xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 71, o cümlədən, borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb. Geri qayıt |