Əsas Səhifə > Güney Press / Ana xəbər > Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı
Həbsdə olan sayt rəhbəri azadlığa buraxıldı9-09-2024, 10:32 |
|
Həbsdə olan sayt rəhbəri Mahir Ələkbərov (Mahir Xəttab) azadlığa buraxılıb. Dia-az.İnfo qafqazinfo.az-a istinadən xəbər verir ki, M.Xəttaba təyin olunmuş azadlıqdan məhrumetmə cəzası başa çatıb. O, bu gün səhər saatlarında cəzaçəkmə müəssisəsindən buraxılıb. Qeyd edək ki, Mahir Xəttab 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. İttihama görə, o, YAP Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün onunla görüşərək görüntülərin silinməsi məqsədilə 2 min manat vəsaitini hədə-qorxu ilə alıb. Onun azadlığa çıxması ilə bağlı ilk məlumatı TNS saytı yayıb. Geri qayıt |