Əsas Səhifə > Güney Press, Üst manşet > Əli qabarlı neftçi ÇƏTİN DURUMDA...

Əli qabarlı neftçi ÇƏTİN DURUMDA...


9-09-2024, 09:29
Əli qabarlı neftçi ÇƏTİN DURUMDA...
"SOCAR idarələrində bu il yanvar ayından iyul ayına qədər guya 13-cü maaş veriləcək, deyə söz-söhbətlər gəzirdi. İşçiləri maaş artımı olmasa da işləməyə həvəsləndirirdilər, amma..." Dia-az.İnfo xəbər verir ki, bu barədə neft çalışanlarının gileyində ifadə oilunub.

Narazı neftçilər adından edilən müraciətdə daha sonra deyilir (Müraciəti olduğu kimi - düzəliş etmədən təqdim edirik -red.): "Sonra bu şaiyəni bonus ödəmələri adıyla davam etdirdilər.Hətta bir iki cızma-qara da ortaya atıldı. Düstur,formula kəşf etdilər.Həmin düstura əsasən həmişəki kimi mühəndislər fəhlələrdən dəfələrlə çox bonus alacaq idi.İndi də deyirlər ki, 20 sentyabrda hər bir işçiyə 500 manat veriləcək, vəssalam! Maraqlıdır, nəyə görə belə bir şaiyələr ortaya atılır? Bu şaiyələr kimləri qane edir? Əlbəttə ki, başda SOCAR prezidenti olmaqla bir çoxlarını! Əks halda rəsmi izahat,açıqlama verilməli idi. Hətta rəhbərlik üçün bu cür şaiyələr qənaətbəxş deyilsə belə,yenə də onların təqsiri üzündən belə aldadıcı məlumatlar dolaşmaqdadır.Birincisi ona görə ki, 92-ci ildə rəhmətlik Əbülfəz Elçibəy tərəfindən qəbul edilmiş qərar,hansı ki,əmək haqqının illik infilyasiyaya uyğun indeksasiya olunmalıdır,əməl edilmir. İkincisi, yeni SOCAR rəhbərliyi də köhnə ənənələri davam etdirir, mətbuat, media üçün qapıları bağlıdır.Görəsən elə bir şəxs tapıla bilərmi ki,belə bir sualla Rövşən Nəcəf cənablarına müraciət etsin:
Nəyə görə özü və yaxın ətrafındakı işçilərin əmək haqları dəfələrlə qaldırılsa da ən ağır işləri görən fəhlə-mühəndis heyətinin əmək haqları ildə bircə dəfə də olsa, heç olmasa rəsmi infilyasiyaya uyğun da olsa artırılmır? Ölkə büdcəsinə əhəmiyyətli dərəcədə xeyir verən neftçi, normal maaş almadığına görə borc ,kredit bataqlığından qurtula bilmir?.."

Geri qayıt