Əsas Səhifə > Güney Press > Moskva Afrikada Parisə daha bir zərbə endirib
Moskva Afrikada Parisə daha bir zərbə endirib7-09-2024, 12:41 |
Rusiya Mərakeşin əsas buğda tədarükçüsü olan Fransanı bu bazarda əhəmiyyətli dərəcədə sıxışdıraraq, Paris üçün ciddi problem yaradıb. Tarixən Fransa Məqrib ölkələri - Mərakeş, Əlcəzair, Tunis ilə ticarət əlaqələrində, xüsusən də kənd təsərrüfatı sektorunda lider mövqe tutub ki, bu üstünlük də müstəmləkə keçmişin nəticəsi idi. Lakin Fransanın “L-frii” nəşrində dərc edilən materialda bildirilir ki, son vaxtlar bu arenada Parisin üstünlüyünü şübhə altına alan Rusiya meydana çıxıb. “Paris bəzi sahələrdə təsirinin zəiflədiyinin Moskvaya sərf etdiyini yaxşı anlayır. Lakin 2024-cü ilin avqustunda iqtisadi ictimaiyyəti şoka salan mühüm hadisə baş verib: uzun illərdən sonra ilk dəfə olaraq Fransanı ötən Rusiya Mərakeşə yumşaq buğdanın əsas tədarükçüsü oldu”, - məqalədə deyilir. Kənd təsərrüfatı sənayesi son illər ciddi çətinliklərlə üzləşən Fransada bu il buğda məhsulu cəmi 25 milyon ton təşkil edib ki, bu da normal səviyyədə olan 35 milyon ton səviyyəsindən xeyli aşağıdır. Sözsüz ki, istehsalın azalmasının Fransanın ixrac imkanlarına mənfi təsir göstərməsi Moskvanın bu müstəvidə Parisə təzyiq alətlərindən birinə çevrilib. Yaranmış vəziyyətdən məharətlə istifadə edən Rusiya Mərakeş bazarında güclü mövqe tuta bilib. 2024-cü ilin avqustunda Mərakeşin idxal etdiyi 4,3 milyon sentner yumşaq buğdanın 1,92 milyonunu Rusiya tədarük edib ki, bu da ümumi həcmin 45 faizi deməkdir. Fransanın isə Mərakeşə ixracı cəmi 330 min sentner həcmində olub. Məqalənən müəllifi qeyd edir ki, Rusiyanın Mərakeşin aqrar bazarında iştirakı yumşaq buğda tədarükü ilə məhdudlaşmır. Taxıl tədarükü mənbələrini fəal şəkildə şaxələndirən Mərakeş təkcə müxtəlif buğda sortları deyil, həm də qarğıdalı alır. “Ölkələrarası ticarət əlaqələrindəki bu dəyişikliklər Avropa dövlətləri üçün daha ağır nəticələrə gətirib çıxara bilər. Çünki Rusiya özünü etibarlı və rəqabətədavamlı təchizatçı kimi təsdiqləyərək, region iqtisadiyyatının digər sektorlarında öz təsirini gücləndirməyə çalışır. Taxıl sektorunda mövqeyinin zəifləməsi Fransa üçün həyəcanlı siqnala çevrilir. Öz mövqeyini tamamilə itirməmək və Məqrib ölkələrində təsirinin ən azı bir hissəsini saxlamaq üçün ciddi səylər göstərməli olacaq”, - materialda vurğulanır. Qeyd edək ki, son bir neçə ildə Fransa prezidenti Emmanuel Makronun korafəhim siyasəti Moskva-Paris münasibətlərini xeyli kəskinləşdirib. Makronun ifrat anti-Rusiya siyasəti qarşılığında Kreml Fransanı Şimal Afrikadan sıxışdırıb çıxarmağa başlayıb. Bir müddət əvvəl isə Moskva Parisin Qazaxıstana “Dassault Rafale” qırıcı təyyarələrini satmaq arzusunu puça çıxararaq, Astanaya özünün istehsal etdiyi “Su-30SM” təyyarələrini satıb. AzVision.az Geri qayıt |