Əsas Səhifə > Güney Press > Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL...
Bu, işçilər üçün heç də YAXŞI HAL DEYİL...7-09-2024, 10:45 |
Əmək müqaviləsinin - bu maddə və əsasla ləğv edilməsi: işçilər üçün yaxşı hal deyil və gələcək əmək karyerasında işə düzəlməkdə bir çox problemlər və ya çətinliklər yaradır. İşçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə: "İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda" əsası ilə ləğv edilməsini nəzərdə tuturam. Əmək Məcəlləsinin bu maddəsi əslində iki hissədən ibarətdir: 1. İşçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi. 2. İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində qeyd olunan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. Bu mövzuda mən daha çox: "İşçinin Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda - öz əmək vəzifələrini kobud şəkildə pozması"və bu əsaslada əmək müqaviləsinin ləğvi barədə əmək münasibətilətinə fikrimi bildirməyə çalışacam 1. İlk olaraq bildirirəm ki, Əmək Məcəlləsinin bu tələblərini gobud surətdə pozan işçi üçün bu maddə və əsasın tədbiq olunması hüquqi tərəfdən İşəgötürən üçün qanuni və əsaslıdır 2. Lakin, fikrimcə bu maddə və əsas işçiyə qarşı ən son hədd olaraq tədbiq edilməlidir. Belə ki, bu qərar - həmin işçinin tək işlədiyi və əmək münasibətlərində olduğu müəssisə ilə əmək münasibətlərinə son verilməsi ilə nəticələnmir, eyni zamanda gələcəkdə yeni iş yeri tapmasında da problemlər yaradır və ya sadə dillə desək iş yeri tapa bilməyəcək. Çünki, təbii olaraq onun Əmək kitabçasına baxan, bu maddə və əsası görən istənilən işəgötürən həmin işçini işə qəbul etməkdən imtina edəcək, nəticədə isə işsiz qalacaq. 3. Fikrimcə, bu hallara yol verən işçiyə qarşı da imkan səviyyəsində müəyyən ədalətli və humanist mövqe tutula bilinər: ona qarşı işdən azad etməməklə digər əmək intizamı tənbehi tədbiq oluna bilər, mülkiyyətçiyə və ya iş yoldaşlarına vurduğu maddi ziyanı könüllü surətdə ödəyərsə, hadisənin qəsdən deyil, ehtiyatsızlıqdan olması, bu halın üzrlü hesab edilməsi üçün müəyyən sənədlərin (məsələn, tibbi sənədlərin, yaxın qohum, ailə üzvünün xəstəliyi və ya ölümü ilə əlaqədar və sair) tədbiq edə bilməməsi və sair. 4.İşəgötürən Azərbaycan Respublikası Əmək Məcəlləsinin bu maddəsi ilə müəyyən edilən əsasla əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini tam əsaslandırmalıdır. 5. Bu maddə və əsas tədbiq olunarkən: işin halları diqqətlə araşdırılmalı, işçinin və ya iş yoldaşlarının izahatları, tabe olduğu iş yeri üzrə vəzifəli şəxslərin təqdimatları və digər hal və sənədlər diqqətlə öyrənildikdən sonra, qanuni və ədalətli qərar qəbul edilməlidir. 6. İşəgötürən bu intizam tənbehini verərkən və İşçi ilə bağlanmış əmək müqaviləsini ləğv edırkın: işçinin əvvəlki xidmətlərini, işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın yüngül və ya ağırlıq dərəcəsin və xarakterini nəzərə almalıdır. 7. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması halı - iş yerində baş verməlidir. 8. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması halı - iş vaxtı ərzində olmalıdır. 9. İşçinin əmək vəzifələrini kobud şəkildə pozması - bilavasitə iş və istehsalatla bağlı olmalıdır. 10. İş vaxtından sonra, istirahət vaxtı və ya işlə əlaqəsi olmayan hallar - İşçinin əmək vəzifələrini pozması və ya kobud şəkildə pozması halı hesab olunmur, işçi buna görə əmək müqaviləsinin ləğvi və digər intizam məsuliyyəti daşımır. 11. İş vaxtı ərzində və ya bilavasitə iş yerində işçinin inzibati xətalara və ya cinayət tərkibli ictimai-təhlükəli əməllərə yol verməsi - halı: inzibati orqanların və təhqiqat orqanlarının qərarları və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarları əsasında sübut oluna bilər. Aşağıdakı hallar olduğu zaman bu hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və İşçi ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndi ilə ləğv edilməsi ilə nəticələnə bilər: 12. İşçinin xəstəliyi və ya yaxın qohumunun xəstələnməsi,vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. 13.Alkoqollu içkilər, narkotik vasitələr, toksik, psixotrop və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi və ya işə gəldikdən sonra iş yerində onlardan istifadə etməsi. 14. Təqsirli hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə maddi ziyan vurması. 15. Təqsirli hərəkətləri və ya hərəkətsizliyi ilə əməyin mühafizəsi qaydalarını pozmaqla iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi. 16. Təqsirli hərəkətləri və ya hərəkətsizliyi ilə əməyin mühafizəsi qaydalarını pozmaqla iş yoldaşlarının ölümünə səbəb olması. 17. Qəsdən istehsal, kommersiya və dövlət sirrinin yayması, bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi. 18. Əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisə və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi. 19. Əvvəllər əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrar əmək funksiyasını pozmaq. 20. İş vaxtı ərzində və ya bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Müəllif: Azər Quliyev Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının Eksperti - Dia-az.İnfo Geri qayıt |