Əsas Səhifə > Güney Press > Pentaqonun Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib
Pentaqonun Kəşfiyyat İdarəsinin nümayəndəsi məsləhətləşmələr üçün Bakıya gəlib6-09-2024, 13:12 |
|
ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib. "Report"un məlumatına görə, bu barədə ABŞ səfirliyinin "X" sosial şəbəkəsindəki hesabında bildirilib. “Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prayoru ürəkdən salamlayırıq”, - diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir. Geri qayıt |