Əsas Səhifə > Güney Press, Üst manşet > Dövlət elə beləsini müdafiə etməli DEYİLMİ?

Dövlət elə beləsini müdafiə etməli DEYİLMİ?


31-08-2024, 08:58
Dövlət elə beləsini müdafiə etməli DEYİLMİ?
Kürdəmir rayon sakini Eyyubova Şəfəq Fariz qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, vəziyyəti maddi cəhətdən çox ağırdır, torpağına kəsilən ümumi dəyər vergisini ödəyə bilmir, bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımı kəsib:

“ Mən, Eyyubova Şəfəq Fariz qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız. Boşanmışam, himayəmdə 2 övladım var. 2014-cü ildən bəri övladlarımı tək böyüdürəm. Heç yerdə işləmirəm. Mənim vəziyyətim çox ağırdır. Hər uşağıma görə 120 manat aliment kəsilib. 240 manatla dolana bilmirəm. Xahiş edirəm səsimə səs verəsiniz”.

P.S. Şikayətçinin maddi vəziyyəti ağır olduğu üçün torpağına kəsilən əlavə dəyər vergisini ödəyə bilməyib. Bu səsəbdən də xanıma kəsilən ünvanlı sosial yardım dayandırılıb. Qeyd edək ki, Şəfəq xanım kimi maddi vəziyyəti aşağı olan sakinlərimiz çoxdur. Bizə belə müraciətlər çox gəlir. Yaxşı olardı ki, ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olsun. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri tərəfindən aztəminatlı ailələrə diqqət daha çox olmalıdır.

Geri qayıt