Əsas Səhifə > Güney Press > “İpək Yolu Sığorta” ASC yığdığından 20 dəfə az sığorta ödənişi edib
“İpək Yolu Sığorta” ASC yığdığından 20 dəfə az sığorta ödənişi edib29-08-2024, 12:32 |
![]() Bu ilin yanvar-iyul aylarında "İpək Yolu Sığorta” ASC-nin topladığı sığorta haqqlarının həcmi 4 milyon 875 min manat olub. Valyuta.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu, şirkətin bu dövrdə etdiyi sığorta ödənişlərindən 4 milyon 638 min manat və ya 20,5 dəfə çoxdur. Cari ilin yanvar-iyul aylarında ASC 237 min manat sığorta ödənişi edib. Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 833,581 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 440,192 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 55,6 % çoxdur. 7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 52,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 37,1 manat olub. Geri qayıt |