Əsas Səhifə > Güney Press > "Putin öz müttəfiqi olan Ermənistandan üz döndərərək Əliyevin ayağına gedib..."

"Putin öz müttəfiqi olan Ermənistandan üz döndərərək Əliyevin ayağına gedib..."


22-08-2024, 19:21
"Putin öz müttəfiqi olan Ermənistandan üz döndərərək Əliyevin ayağına gedib..."
Mən Azərbaycana qarşı iradların mahiyyətini anlamıram. İlham Əliyev Ukraynanın deyil, Azərbaycanın prezidentidir. O, öz millətinin maraqlarından çıxış edir.

Moderator.az xəbər verir ki, bu barədə ukraynalı poitoloq, Milli Antiböhran Qrupunun işlər müdiri Taras Zaqorodnı "gordonua.com" nəşrinin bloqunda yazıb.

"20 il ərzində İlham Əliyev ölkəsini modernləşdirib və Rusiyanın köməyilə hələ ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın 20 faiz ərazisini işğal etmiş erməni işğalçı qoşunlarını öz ərazisindən vurub çıxarıb. O, ölkəsini elə hala gətirib ki, indi Putin onun ayağına gedir, onu öz müttəfiqi Ermənistandan üz döndərməyə vadar edir.

Azərbaycan tammiqyaslı hərbi müdaxilə başlanandan Ukraynaya sistemli şəkildə, o cümlədən SOCAR şirkətinin yanacağı ilə yardım edib. İndi, nədənsə, ondan narazılıq edirlər.

O zaman, gəlin, bizə F-16 qırıcılarını verən, bu zaman Rusiya kapitalı üçün yumşaq ofşor zonası olan Niderlanda da narazılığımızı bildirək. O zaman, gəlin, ABŞ-a da Çinlə ticarət etdiyinə görə etiraz edək. Gəlin, Rusiyanın hərbi gəmiləri üçün Qara dənizə girişi əngəlləyən, bu zaman Rusiya ilə ticarət edən Türkiyəni də "qaralayaq". Bu gəmilərlə Odessanın zəbt edilməsi daha çox ehtimal edilərdi.

Bəsdir primitiv "zrada-peremoqa" dünyasında yaşadığınız. Dünya bir çoxlarının güman etdiyi kimi sadə deyil. Mənasız şüarlarla deyil, öz ölkəsinin uzunmüddətli maraqlarını düşünən siyasətçilərdən nümunə götürmək lazımdır. Bu, artıq ötən əsrin 17-18-ci əsrlərində bizim başımıza gəlib və pis sonluqla bitib".

Geri qayıt