Əsas Səhifə > Güney Press > “Azərikard”ın Müşahidə Şurasına sədr təyin edilib

“Azərikard”ın Müşahidə Şurasına sədr təyin edilib


22-08-2024, 17:31
“Azərikard”ın Müşahidə Şurasına sədr təyin edilib
Azərbaycanda prosessinq mərkəzi “Azərikard” MMC-nin Müşahidə Şurasının sədr seçilib.

Banker.az-ın əldə etdiyi məlumata görə bu, İlham Həbibullayevdir.

İlham Həbibullayev ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) İdarə Heyəti sədrinin birinci müavinidir.

1977-ci ildə anadan olub. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.

2010-2017-ci illərdə “Expressbank” ASC-nin İdarə Heyəti sədrinin müavini, 2017-ci ildən 2019-cu ilin sentyabrına qədər həmin bankın İdarə Heyətinin sədri olub.

2019-cu ilin sentyabrından ABB-nin İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsində çalışıb.

2020-ci ilin martından “ABB” ASC-nin İdarə Heyəti sədrinin birinci müavinidir.

Xatırladaq ki, “Azərikart”ı 1996-cı ildə “Azərbaycan Beynəlxalq Bankı” ASC yaradıb. Onun nizamnamə kapitalı 1.75 mln. manatdır.

“Azərikard” MMC-nin Müşahidə Şurasının üzvləri:

Zamiq Məmmədov
Nihat Şenyuva
Ceyhun Qarayev
Vüsal Şahverdiyev

Geri qayıt