Əsas Səhifə > Güney Press > “Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək


13-08-2024, 13:56
“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək
12 sentyabr 2024-cü il saat 11.00-da "Kapital Bank" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Dia-az.İnfo xəbər verir ki, yığıncaq Bakı şəhəri, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 2E nömrəli ünvanda yerləşən bankın ofisində (3-cü mərtəbə, iclas zalı) ünvanında baş tutacaq.

Səhmdarların növbədənkənar ümumi yığıncağının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

I. “Kapital Bank” ASC-nin Müşahidə Şurasının tərkibinin yenilənməsi haqqında.

Məruzəçi: Yaşar Məmmədov

II. Digər məsələlər.

Məruzəçi: Yaşar Məmmədov

Geri qayıt