Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Keçmiş naziri kimlər hədəfə alır? - В«Enində-sonunda Səfər Əbiyev hədəfə çevriləcəkВ»
Keçmiş naziri kimlər hədəfə alır? - В«Enində-sonunda Səfər Əbiyev hədəfə çevriləcəkВ»31-03-2014, 16:49 |
|
DİA.AZ: - Keçmiş müdafiə naziri Səfər Əbiyevin də durumu ürəkaçan deyil. Belə ki, son günlər sabiq nazirin yaxın qohumlarından birinə aid şirkət təftiş olunmaqdadır. Hələlik həmin şirkətin və keçmiş nazirin qohumunun adı açıqlanmasa da, bu barədə DİA.AZ-a məlumatı verən mənbə iddia edir ki, 2003-cü ildən 2011-ci ilədək Müdafiə Nazirliyinin hərbi hissələrinin ərzaqla təmin olunmasında araçılıq edən bu şirkət məhz sabiq nazirin hesabına külli miqdarda dövlət pulunun mənimsənilməsində bir vasitə kimi çıxış edib. Mənbə bildirir ki, söhbət çox böyük həcmdə pulların, təxminən 25 milyon manata yaxın dövlət vəsaitinin mənimsənilməsindən gedir. Məlumatı diaaz.space-a verən mənbə on udə əlavə edib ki, bütün bu hücumlar əslində keçmiş nazirin özündən qaynaqlanan problemdir: В«Yəni enində-sonunda Səfər Əbiyev hədəfə çevriləcəkВ». Geri qayıt |