Əsas Səhifə > Güney Press / Manşet > Qalib QHT rəhbərlərinin adları niyə cəmiyyətdən gizlədilir?
Qalib QHT rəhbərlərinin adları niyə cəmiyyətdən gizlədilir?7-08-2024, 15:27 |
|
"Məlum olduğu kimi, ən böyük biabırçılıq dövlət qurumları tərəfinfən QHT-lərə ayrılan qrantlarla bağlı yaşanır". Dia-az.İnfo bildirir ki, bunu öz etirazında jurnalist Məhəmmədəli Qəribli ifadə edib. M.Qəribli daha sonra əlavə edib: "Bu sahədə olan biabırçılıq barədə çox danışılıb və yazılıb. Səhər-səhər qarşıma bir xəbər çıxdı ki, Gənclər və İdman Nazirliyinin elan etdiyi müsabiqənin qalibləri məlum olub. Siyahıya baxanda təəccübləndim. 75 qalib QHT-nin adını yazsalar da, rəhbərlərinin adlarını ictimaiyyətə təqdim etməyiblər. Bilirsiniz niyə ənənəvi təqdimat üsulundan imtina ediblər? Çünki hökumətdən qrant udan QHT rəhbərlərinin adını yazanda, bu, ciddi müzakirələrə səbəb olur. Görünür ki, əksər QHT-lər: məmurlar və onların ailə üzvlərinə, jurnalistlərə, millət vəkilləri və onların doğmalarına, sabiq məmurlara məxsusdur. O da bəlli olur ki, bu adamlar pulu layihə icra edib, ondan cəmiyyət üçün fayda əldə etmək üçün yox, sadəcə, verilən vəsaiti mənimsəmək məqsədilə alır və yalnız hesabat xarakterli bir tədbir keçiririb, şəkil çəkdirməklə kifayətlənir…" Geri qayıt |