Əsas Səhifə > Güney Press / Manşet > `Azəriqaz` camaatın evində NİYƏ QURCALANIR?

`Azəriqaz` camaatın evində NİYƏ QURCALANIR?


6-08-2024, 15:34
`Azəriqaz` camaatın evində NİYƏ QURCALANIR?
"Mənim şikayətim Qaz idarəsindəndir. Bilmək istəyirəm ki, Prezidentin belə bir sərəncamı varmı? Nəyə görə "Azəriqaz"-dan gəlib qaz cihazlarını yoxlayırlar?" Dia-az.İnfo-nun məlumatına göreə bu barədə şikayət edən narazı vətəndaş haqlı iradlarını çatdırır.
"Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda belə giley olunur: "Təxminən 1 ay bundan əvvəl Binəqədi rayonunda, qazı heç bir borc olmadığı halda xəbərdarlıq etmədən kəsdilər. Biz müraciət etdikdə isə dedilər ki, biz sizin qaz cihazlarınızı yoxlamalıyıq. Ərazi üzrə nəzarətçidən qazın verilişini niyə kəsdiklərini soruşduqda isə dedilər ki, siz qapını açmamısınız deyə kəsmişik. Hansı ki, heç qapını döyməmişdilər. İçəri keçib baxdıqda və biz Nazirlər Kabinetinin, Prezidentin belə bir sərəncamının olub-olmadığını soruşduqda isə bizə cavab vermədilər.
"Qaz cihazlarında hansısa bir səhv varmı" deyə soruşduqda isə heç bir səhvin olmadığını amma bu istidə gəldiyimizə görə bizə bir “şirinlik” verin dedilər. Düzdür, mən heç bir şey verməsəm də, qonşulardan 10,20 manat yığıb, heç birinin evinə girmədən çıxıb getdilər. İndi isə başqa bir ünvanda (bacımgildə) biz sizin evə girib, sizin evdə olan qaz cihazlarını yoxlamalıyıq deyirlər. Başa düşmürəm belə bir sərəncam nə vaxt verildi? Nəyə görə o icazəni göstərmirlər? Bu səlahiyyəti kim verib?"

Geri qayıt