Əsas Səhifə > Güney Press / Ana xəbər > Azay Quliyev vitse-spiker gətirilir?

Azay Quliyev vitse-spiker gətirilir?


6-08-2024, 09:51
Azay Quliyev vitse-spiker gətirilir?
"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, Vitse-spiker Adil Əliyevin Suraxanı rayonuna icra başçısı təyin olunması, Azay Quliyevin yeni-yeni xəyallara düşməsinə, qol-qanad açmasına səbəb olmuşdur. O, bu barədə planlarını yaxın ətrafı ilə söhbət zamanı bildirib.

Onun “bu gün bitərəflərin nümayəndəsi kimi vitse-spiker postuna ən layiqli namizəd mənəm” söylədiyi gəzən şayələr arasındadır.

O, da mümkündür ki, Azay Quliyev yaxın ətrafı vasitəsilə cəmiyyətə şayə buraxmaqla iqtidar komandasına mesaj ötürmək və özünü xatırlatmaq istəyir.

Ancaq hörmətli Quliyev unudur ki, bu tip özfəaliyyət onun namizədliyinin ümumiyyətlə ləğvi ilə nəticələnə bilər. Çünki hakim komandası bu kimi “tiryukları” sevmir.

Qeyd edək ki, 2 il öncə Azay Quliyevin rəhbərliyi altında fəaliyyət göstərmiş qurumda Hesablama Palatası yoxlamalar aparan zamanı onun 175 min manat dövlət vəsaitinin israf edildiyini müəyyən edilmişdir.

Geri qayıt