Əsas Səhifə > Güney Press > Dövlət qurumu 3 milyonluq geyimlər aldı

Dövlət qurumu 3 milyonluq geyimlər aldı


5-08-2024, 18:56
Dövlət qurumu 3 milyonluq geyimlər aldı
Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi “250 dəst “FD-17 AZ PRO” və 1000 dəst “FD-17 AZ” geyim dəstləri, 1250 cüt “HOLİK DİAMOND” əlcək, 1250 cüt “HOLİK LIPA GII 7128-01”in satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “Mıle Dragıc” MMC olub.

Qalib şirkətlə 2 869 349 manat məbləğində müqavilə imzalanıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.

Geri qayıt