Əsas Səhifə > Güney Press > TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib

TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib


5-08-2024, 17:07
TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib
TuranBank ASC-nin Müşahidə Şurası üzvlərinin səlahiyyət müddəti başa çatdığı üçün Müşahidə Şurası yeni tərkibdə formalaşdırılıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən müsahibədən uğurla keçərək Rauf Kazımov yenidən Bankın Müşahidə Şurasının sədri, Nazim Sadıqov Bankın Müşahidə Şurasının üzvü seçilib. Müşahidə Şurasının yeni üzvü isə Məhəmməd Kələşovdur.

***

TuranBank-ın İdarə Heyətinə yeni sədr təyin edilib.

"APA-Economics" xəbər verir ki, İdarə Heyətinin sədr müavini Orxan Qarayev bankın İH-nin yeni sədri təyin edilib.

Bundan əlavə TuranBank-ın İdarə Heyətinə 3 yeni üzv təyin olunub. Bunlar Bəxtiyar Məmmədov, Çingiz Ağayev və Emil Mürsəlovdur.

Geri qayıt