Əsas Səhifə > Güney Press > Şairə Cığateli QINADILAR:

Şairə Cığateli QINADILAR:


5-08-2024, 16:34
Şairə Cığateli QINADILAR:
“Elə insanlar var ki, mənim heç nifrətimə belə layiq deyil”.

Yenicag.az xəbər verir ki, bu sözləri şairə Cığatel İsaqızı açıqlamasında deyib.

Şairə ona pislik edən insanlardan acığını onlara yaxşılıq etməklə çıxdığını və buna görə də doğmaları tərəfindən qınaqlara tuş gəldiyini bildirib:

“Pislik gördüyüm insanlardan acığımı yaxşılıq etməklə çıxmışam. Yaxşılıq etməklə o adamları ağlatmışam. Amma buna görə danlanmışam. Övladlarım danlayıb məni ki, ana, belə etmə, kənardan yaxşı görünmür. Elə bilirlər, qorxursan o adamlardan, elə bilirlər, zəif olduğun üçün belə edirsən.

Bir gün qohum-qardaş, qohum-əqrəba məni o qədər danladılar, cavab verə bilmədim. Qarşılarında acizanə şəkildə ağladım, dedim ki, nə istəyirsiniz məndən? Mən bacarmıram, axı mən buyam, necə dəyişə bilərəm? Siz alma ağacından armud, nar ağacından heyva istəyirsiniz, axı bu, mümkün deyil. Mən beləyəm, dəyişə bilmərəm”.

Geri qayıt