Əsas Səhifə > Güney Press > Cənubi Qafqazda "sönmüş" ocaqlar ALOVLANA BİLƏR

Cənubi Qafqazda "sönmüş" ocaqlar ALOVLANA BİLƏR


5-08-2024, 16:14
Cənubi Qafqazda "sönmüş" ocaqlar ALOVLANA BİLƏR
Bildiyimiz kimi, Tehranda Həmas lideri İsmayıl Haniyənin öldürülməsi Yaxın Şərqdə vəziyyəti xeyli gərginləşdirdi. Rəsmi Tehran regional müharibə yaransa belə, mövqelərindən çəkinməyəcəklərini bildirib. Erməni politoloq Armen Abovyanın sözlərinə görə, İran ətrafında vəziyyət getdikcə pisləşir, İrəvanın hər hansı hərəkəti Tehranı qəzəbləndirəcək. O, İrana qarşı artan təhdidlərin Ermənistanı narahat etdiyini bildirib. Vəziyyət regional müharibə vəziyyətinə çatarsa, o zaman Baş nazir Nikol Paşinyanın sərhədlə bağlı qərarları Tehran tərəfindən müharibə aktı kimi qəbul olunacaq. Əgər Zəngəzur dəhlizinin açılmasına razılıq verilərsə, Ermənistan İranla sərhəddə problem yaşayacaq. İran İsrail münaqişəsi Cənubi Qafqazda nəyi dəyişəcək?

Mövzu ilə bağlı Sonxeber.az-a açıqlama verən Səxavət Məmməd deyib ki, artıq dünyanın hər bir yerində münaqişə ocaqları alovlanır və gərginlik artan xətt ilə gedir:

"Cənubi Qafqazda gərginliyin olduğunu açıq şəkildə deyə bilərik. Tərəflər arasında soyuq münasibətlər mövcuddur. Haniyənin öldürülməsi İranın açıq şəkildə müharibəyə cəlb edilməsi cəhdi idi. İranı proksi qüvvələri ilə döyüşə yox, birbaşa müharibəyə qatmaq istəyirlər. Hesab edirəm ki, bu müharibə real görünür. Təbii ki, İranın İsrail ilə müharibəyə qoşulması, Amerikanın bu münaqişəyə cəlb olunması bizim regionumuzdan təsirsiz ötüşməyəcək. Mütləq şəkildə bizim regionumuza təsir edəcək. İranın Ermənistan ilə bağlı həmişə planları olub. İran Zəngəzur dəhlizinin daim öz ərazisindən keçməsini istəyib. Ona görə də, İran dəfələrlə bildirib ki, sərhədlərin dəyişdirilməsi olmaz:

Hərbi ekspertin sözlərinə görə, indiki məqamda Ermənistan və İranda Amerikanın təlimatçıları var. Dolayısıyla Amerikanın düşmənləri ən çox Ermənistanda yerləşib:

"Amerikanın real düşmənləri Ermənistandadır. Hesab edirəm ki, böyük müharibə olacaqsa, bu Ermənistan-Azərbaycan münasibətlərinə, o cümlədən regiona təsir edəcək. Bu regionda "sönmüş" kimi görünən proseslər yenidən canlana bilər. Bunu Ermənistan-Azərbaycan arasında müharibənin olacağı kimi təqdim edirlər. Bunun baş verməsini istəyirlər. Belə olacağı təqdirdə prosesə başqa dövlət qarışacaq. Bu isə regionu iflic edə bilər. Son dərəcə gərginlik var və ümid edək ki, gözlənilən bu müharibələr baş verməsin".

Geri qayıt