Əsas Səhifə > Güney Press > "Ermənistanın sülhdən yayınması və yeni silahlar alması

"Ermənistanın sülhdən yayınması və yeni silahlar alması


5-08-2024, 14:53
"Ermənistanın sülhdən yayınması və yeni silahlar alması
“Azərbaycan ordusu regionun ən güclüsüdür. Ordumuz gücünü auditoryalarda və poliqonlarda yox, döyüş meydanında sübut etmişdir. 30 ildə Ermənistanın müdafiə sədləri quraraq keçilməz qala hesab etdiyi 10 min kvadrat kilometrdən çox əraziləri ordumuz cəmi 44 gündə azad etmişdi”
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin VI çağırış deputatı Azər Badamov danışıb. Deputat qeyd edib ki, ordumuz 2023-cü ilin sentyabrında keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri ilə düşmənin 15 minə yaxın silahlısını 24 saatdan az müddətə təslim etmişdi.

“Bu, Azərbaycan ordusunun gücüdür. Amma dövlət başçımızın dediyi kimi qələbəmiz bizi arxayın salmamalıdır. Belə ki, ordumuzun gücü hər gün daha da artmaqdadır. Belə ki, silahlanmaya yeni silahlar alınır, şəxsi heyətin peşəkarlığı artırılır və ehtiyatda olan hərbiçilər də hərb təlimlərə cəlb olunur”-deyə deputat qeyd edib.

Deputatın fikrincə, Paşinyan hakimiyyətinin sülhdən qaçması və öldürücü silahlar alması, Fransa, ABŞ və digərlərin Ermənistan ordusunun hazırlanmasında iştirak etməsi bizim də ordumuzun gücünün artırılmasını vacib edir.

Azər Badamov hesab edir ki, Ermənistanı nə qədər silahlandırsalar da və dəstək versələr də, onun ordusu Azərbaycan ordusu ilə döyüş meydanında heç vaxt üz-üzə dayanıb müharibə apara bilməyəcək. Çünki, Azərbaycan hərbi güc balansının Ermənistan tərəfinə keçməsinə heç vaxt imkan verməyəcək.

“O cümlədən, Ermənistanın təxribatları yenidən müharibənin qızışmasına apararsa, bu da onlar üçün böyük faciə olacaq. Yəni yenidən müharibə baş verərərsə, bir həftə ərzində biz İrəvana qədər gedib çatacağıq. Ermənistan rəhbərliyi yaxşı düşünməli və Azərbaycanla sülh dilində danışmaqla yalvarmalıdır. Əks halda, bu respublika yox ola bilər”-deyə deputat əlavə edib.

Azər Badamov qeyd edib ki, ordumuz ölkənin ərazi bütövlüyünün və suverenliyin qarantıdır. Ona görə də, həmişə hərbi gücümüzü qorumalı və artırmalıyıq. Bu, bizim bir nömrəli vəzifəmizdir.

Geri qayıt