Əsas Səhifə > Güney Press > Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir

Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir


5-08-2024, 11:42
Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir
Cari ilin hazırlıq planına əsasən, Quru Qoşunlarında keçirilən taktiki-xüsusi təlim davam edir. Bu barədə Dia-az.İnfo-ya MN-dən xəbər verilib.
Müasir döyüş üsullarından istifadə edilməklə keçirilən təlimdə aşkar olunan şərti düşmən hədəflərinin artilleriya və zenit-raket qurğularından, eləcə də zirehli döyüş texnikaları üzərinə quraşdırılmış silahlardan məhv edilməsi üzrə tapşırıqlar yüksək dəqiqliklə icra olunub.
Bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, hərbi qulluqçuların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə yüksək peşəkarlıq nümayiş etdirilib.


Geri qayıt