Əsas Səhifə > Güney Press > Seçkilərdə Trampın, yoxsa Harrisin qalib gəlməsi Azərbaycana nə cür təsir edəcək?..

Seçkilərdə Trampın, yoxsa Harrisin qalib gəlməsi Azərbaycana nə cür təsir edəcək?..


5-08-2024, 13:56
Seçkilərdə Trampın, yoxsa Harrisin qalib gəlməsi Azərbaycana nə cür təsir edəcək?..
ABŞ-dəki seçkilərdə respublikaçı Donald Trampın, yaxud Kamala Harrisin və ya digər demokrat namizədin prezident seçilməsi Azərbaycan–ABŞ münasibətlərinə və ümumiyyətlə, Güney Qafqazdakı proseslərə, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına nə dərəcədə və necə təsir göstərə bilər?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:

“Trampın qələbə çalmasını qlobal yəhudi güclərinin daha da güclənməsi kimi xarakterizə etmək olar. Bilirsiniz ki, Qəzzada baş vermiş qətliamlardan sonra ABŞ və bəzi digər dövlətlərlə İsrail arasında gərgin bir vəziyyət mövcuddur. Bundan əlavə, İranın ABŞ demokratlarıyla münasibətləri fərqlidir. İki ölkə arasında danışıqlar olacağı haqda bəyanatlar səslənir.

Əlbəttə, biz görürük ki, Amerikadakı seçkilərin nəticələri istər-istəməz birbaşa olmasa da, dolayısıyla Azərbaycana da təsir göstərəcək. O da aydındır ki, Bayden administrasiyası ən ermənipərəst administrasiyalardan biridir. O biri tərəfdən də Ağ Evin Türkiyə ilə də münasibətləri düzəlmir. Trampın prezidentliyi dövründə isə o, Ərdoğana aid dəstəkverici bəyanatlar səsləndirirdi, deyirdi ki, ona hörməti var. Bütövlükdə o zaman Türkiyəyə qarşı ədalətli münasibət mövcud idi. Bir sözlə, belə görünür ki, Tramp bu dəfə də hakimiyyətə gələcəyi halda, Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da fərqli bir mövqenin tərəfdarı olacaq. Hər halda belə ehtimal daha çoxdur. Görürük ki, Trampa qarşı çıxan Avropa İttifaqı, digər Avropa qurumlarının nümayəndələri, fəal siyasətçilər öncə Baydeni, indi isə Kamala Harrisi dəstəkləyirlər. Xarrisin də elektoratının əsas hissəsi ermənilərin çox yaşadığı Kaliforniya ştatındadır. Və onun uzun müddət erməni diasporuyla əlaqələri olub. Odur ki, özünü daha çox ermənipərəst kimi aparır. Erməni dairələrindən sızan məlumatlardan da bəlli olur ki, Kamala Xarrisin ABŞ-dəki erməni diasporal təşkilatlarıyla uzunümddətli münasibətləri mövcuddur. Belə amillərin Azərbaycanı narahat etməsi də təbiidir...”

“Demokratlar Partiyasından prezidentliyə namizədliyi, demək olar ki, təsdiqlənmiş hazırkı vitse-prezident Kamala Harrisin Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiz?” sualına isə keçmiş xarici işlər naziri bu cür cavab verib:

“Kamala Harris Tramp əleyhinə olan dairələrin, ümumi adlandırsaq, demokratların nümayəndəsidir. Və gördük ki, Bayden namizədliyindən vaz keçdikdən sonra onun tərəfdarları Harrisin tərəfinə keçdi. Bunlarla yanaşı, ABŞ prezidentliyinə artıq mümkün namizəd olan bu xanım siyasətçinin bir sıra üstünlükləri var. Ən əsası, o, milli azlıqları təmsil edən bir insandır. Amerikadakı milli azlıqlara münasibətdəki mövqeyi də ona bəzi dəstəklər qazandıracaq. Bunu istisna etmək olmaz. Hər halda gözləyək, görək, nə baş verəcək. Yenə də deyirəm: payızda Amerikada bütün dünyadakı proseslərə təsir göstərə bilən çox gərgin bir dövr yaşanacaq...”

Geri qayıt