Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Paşinyanın BAQRAT DƏRDİ...

Paşinyanın BAQRAT DƏRDİ...


5-08-2024, 09:57
Paşinyanın BAQRAT DƏRDİ...
“Ermənistan hökuməti bizimlə mübarizəyə, biz qarşı informasiya terrorunun aparılmasına bir ay ərzində 50 milyon dollar xərcləyib”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Geqarkunik bölgəsinə səfəri zamanı arxiyepiskop Baqrat Qalstanyan bildirib.

“Biz bir neçə mənbədən məlumat almışıq ki, bir ay ərzində, aprelin sonundan iyunun əvvəlinə kimi- mən yalnız bir aylıq məlumatı deyirəm- bu insanlar bizim və sizin mübarizəmizə qarşı 50 milyon dollara yaxın pul xərcləyib, onu ləkələməyə çalışıblar. Guya Kanadada 4 evim, 2 biznesim var, milyonlarla pulu sağa-sola “xərcləmişik”... Görünür, düşündüklərini deyiblə”,-deyə o bildirib.

O bildirib ki, Paşinyan hökuməti bir ay ərzində, yəni aprelin sonundan iyunun əvvəlinə kimi informasiya sahəsinə 50 milyon dollar xərcləyiblər:

"Onlar bu pulu haradan tapıblar? Bu pulu xaricdən gətiriblər, yoxsa daxildən? Axı deyirlər ki, biz şəffaf fəaliyyət göstəririk.

Yalnız sizin "atletik" fiqurunuz şəffaf qaldı, başqa heç nə. Söhbət hansı şəffaflıqdan gedir? Siz evdə şəffaf deyilsiniz”, – deyə Baqrat Srbazan hakimiyyətə və xüsusən də Nikol Paşinyana müraciət edib.

Geri qayıt