Əsas Səhifə > Güney Press > “Evimiz-İpoteka Şirkəti”nin rəhbərinə nə qədər cəza verilib?

“Evimiz-İpoteka Şirkəti”nin rəhbərinə nə qədər cəza verilib?


5-08-2024, 09:40
“Evimiz-İpoteka Şirkəti”nin rəhbərinə nə qədər cəza verilib?
Bakı Apellyasiya Məhkəməsində “Evimiz-İpolteka Şirkəti” MMC-nin qanuni təmsilçisi Ramin Əmrahovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Ramin Əmrahov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq – təkrar törədildikdə) maddəsi ilə ittiham olunur. Vətəndaşlar hüquq mühafizə orqanlarına “Evimiz-İpoteka Şirkəti” MMC-dən şikayət edərək dədləduzluğa məruz qaldıqlarını bildiriblər. Şikayətçilər bu məsələdə əsasən Ramin Əmrahovun adını hallandırıblar. Şirkətin təsisçisi Ramin Əmrahovun qardaşı Vüqar Əmrahov olsa da, şikayətçilər müqavilələri birinci ilə bağladıqlarını bildiriblər. Əlavə ediblər ki, Ramin Əmrahov onlara 250 min manatdan çox ziyan vurub. Vətəndaşların şikayətindən sonra Daxili İşlər Nazirliyi hərəkətə keçib. Nizami Rayon Polis Şöbəsində faktla bağlı cinayət işi başlanıb. Az sonra isə Ramin Əmrahov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə 30 zərərçəkmiş var.

Geri qayıt