Əsas Səhifə > Güney Press > AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü

AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü


5-08-2024, 08:34
AZAL-a bağlı sığorta şirkəti əsas səhmdarın binasına köçdü
“İpək Yolu Sığorta” ASC öz daimi fəaliyyət ünvanını dəyişib.

İqtisadiyyat.az xəbər verir ki, ASC “ASG Business Aviation” MMC-nin inzibatı binasına köçüb.

Sığorta şirkəti fəaliyyətini MMC-nin inzibati binasının 4-cü mərtəbəsində davam etdirəcək.

Xatırladaq ki, "İpək Yolu Sığorta" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,77 milyon manatdır. Şirkətin səhmlərinin 96,53%-i “ASG Business Aviation” MMC-yə, 3,47 %-i isə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur.

Geri qayıt