Əsas Səhifə > Güney Press > “Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...”

“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...”


4-08-2024, 00:22
“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur...”
“HƏMAS” lideri İsmayıl Haniyənin Tehrandakı qətli olayında zaman baxımından diqqəti cəlb edən bir məsələ də sui-qəsdin məhz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyulun 28-də İsrailə xitabən “Qarabağa, Liviyaya girdiyimiz kimi, İsrailə də eyni şeyi edə bilərik” hədəsindən bir gün ötəndən sonra baş verməsidir. Görəsən, bu, təsadüf idimi?.. Məlumdur ki, rəsmi Ankara tərəfindən əvvəllər də, 2023-cü il 7 oktyabr hadisələrindən sonra da “HƏMAS”-a və onun liderlərinə xüsusi siyasi dəstək verilirdi. İsmayıl Haniyə özü dəfələrlə Türkiyəyə səfər edərək dövlət başçısı R.T. Ərdoğan və digər rəsmilərlə görüşmüşdü...

Azərbaycan Milli İstiqlal partiyasının fəxri lideri Etibar Məmmədov Moderator.az-a açıqlamasında sualı qısaca cavablandırıb:

“Zənnimcə, bu qətlin Ərdoğanın İsrailə qarşı çıxışı ilə heç bir əlaqəsi yoxdur. Onsuz da İsmayıl Haniyə çoxdan hədəfdə idi, bundan əvvəl bir neçə dəfə sui-qəsd cəhdinə məruz qalmışdı... Amma o var ki, “HƏMAS” liderinə onun və mühafizəçisinin ölümü ilə nəticələnən son sui-qəsdin İranın ən çox qorunan “SEPAH”-a məxsus binalarından birində baş verməsi bu dövlətə qarşı böyük təhqirdir. Eyni zamanda bu, İran dövlətinin zəifliyini göstərir və sübut edir ki, İsrail kəşfiyyatı İran daxilində çox böyük təsir imkanlarına, agentura şəbəkələrinə malikdir və bu dövlətin həm hakimiyyət qurumlarında, həm də strateji əhəmiyyətli hərbi və təhlükəsizlik strukturlarında öz adamlarını yerləşdirə bilib”.
Geri qayıt