Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Taleh Qaraşov özünə yeni müavin təyin etdi
Taleh Qaraşov özünə yeni müavin təyin etdi3-08-2024, 13:42 |
Lənkəran şəhər İcra Hakimiyyətinin Aparatında kadr dəyişiklikləri olub. Qaynarinfo-nun məlumatına görə, Lənkəran şəhər İcra Hakimiyyəti Aparatının Hüquq şöbəsinin müdiri Emin Rzaqulu oğlu Quliyev vəzifəsindən azad edilib. Emin Quliyev icra başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub. Emin Quliyev Bundan başqa Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəmil Habil oğlu Məmmədzadə vəzifəsindən azad edilib. O başqa bir qurumda fəaliyyətə başlayıb. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdrinin müavini - dini qurumlarla işin təşkilatçısı Cavad Mircəfər oğlu Miriyev də vəzifəsindən azad olunub. Bu barədə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov müvafiq əmrlər imzalayıb. Geri qayıt |