Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Rusiya uğruna döyüşən azərbaycanlılar...

Rusiya uğruna döyüşən azərbaycanlılar...


3-08-2024, 12:04
Rusiya uğruna döyüşən azərbaycanlılar...
Rusiyanın üçüncü ildir Ukraynaya qarşı işğalçı müharibəsi Moskvadakı şovinist dairələri və informasiya vasitələrini olan-qalan məntiqlərinin yoxa çıxmasına səbəb olub. Rusiya televiziya kanallarında Türkiyə, hətta Çinin ünvanına atmacaların sayı artıb, hər ikisini ittiham edirlər ki, Moskva ilə tərəfdaşlıqlarına rəğmən, Ukraynaya silah satırlar. Türkiyənin Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı məlum faktdır, Çinin Kiyevə silah göndərməsi isə nəsə yeni faktdır. Rusiya informasiya kanalları Çini həm də onda ittiham edirlər ki, niyə idxal-ixrac əməliyyatları haqqında çox danışılan milli pul vahidləri ilə həyata keçirilmir? Çin üçün istisadiyyat hər şeyin fövqündədir, Rusiya rublu hər gün dəyər istirirsə, Pekin dollardan necə imtina etsin? Moskvada bu sadə həqitəqi qəbul etmək istəmirlər.
Bu arada, Rusiya Dövlət Duması döyüş bölgəsindəki hərbçiləri telefonlardan istifadə etməyi qadağan edən qanun qəbul edib. Bu qərar rusiyalı hərbçilər arasında narazılığa səbəb olub. Onlar telefonlar vasitəsilə ailələri ilə əlaqə saxlaya bilirlər. Dövlət Duması qadağa yolu ilə rusiyalı hərbçilərin smartfonlar vasitəsilə tənqidi görüntülərinin və çıxışlarının qarşısını almaq istəyir. Ancaq narazılıq telefon olmadan da ətrafa yayılacaq. Başqa bir qərarla Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantları Rusiyadan deport etməyə başlayıblar. Bunların arasında Rusiyada çalışan azərbaycanlılar da var. Azərbaycanlılar niyə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olmalıdırlar? Savaşmaq istəməyənlər doğru qərar veriblər. Deməli, Moskva polisinin iclasının bir hissəsini internetdə izlədim, bir polis zabiti çıxışnda açıq deyir ki, qaraları paytaxtdan uzaqlaşdırmaq lazımdır. Bunların “qaralar” adlandırdıqları insanlar Rusiyada az maaşa ən çətin işlərdə çalışırlar. Təsadüfi deyil ki, Rusiyanın televiziya kanallarından birində çıxış edən yerli məmur miqrantların azalması səbəbindən ölkədə elektriklərin, bənnaların, fəhlələrin və təmizlikçilərin ciddi çatışmazlığının yaşandığını bildirib. Ukraynaya qarşı müharibə olmasaydı, bütün bunlar olmazdı.

Elxan Şahinoğlu - Dia-az.İnfo

Geri qayıt